Sizin də qarşınıza belə özündənrazı sürücü çıxa bilər – VİDEO

Xəbərlər 6 Oktyabr 2017 22:55 Oxunub 7788
Sizin də qarşınıza belə özündənrazı sürücü çıxa bilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Başqasının yoluna çıxmağı az deyilmiş kimi, hələ etiraz da edir

Bakının "Şamaxınka" adlanan ərazisində - Moskva prospektində öz zolağıyla hərəkət edən sürücünün qarşısına qəfil sağdan avtomobil çıxaraq ona qəza şəraiti yaradıb. Bu barədə görüntüləri elə həmin sürücü Avtosfer.az-a göndərib. Videodan da məlum olur ki, qəza şəraiti yaradan 99-GN-309 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun birləşən yerində sağ zolaqla hərəkət etmək əvəzinə güzgüyə baxmadan dərhal orta zolağa keçərək həmin zolaqda gedən avtomobilə qəza şəraiti yaradıb. Hələ bu azmış kimi, ona etiraz edərək siqnal verən sürücüyə də əli ilə qabaqdangəlmişlik işarəsi edir...

Qeyd etdiyimiz yerdə əksər sürücülər yola bu qaydada daxil olurlar ki, bu da həm qayda pozuntusudur, həm də təhlükə. Qəzalar sırf bu cür səhvlərin nəticəsində baş verir. Bu qaydanı pozan sürücü 40 manat məbləğində cərimə edilə bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh