Yol polisi Pərvin Abıyeva məsələsinə aydınlıq gətirdi - 15 cəriməsi var idi

Yol polisi 5 Oktyabr 2017 18:42 Oxunub 1745
Yol polisi Pərvin Abıyeva məsələsinə aydınlıq gətirdi - 15 cəriməsi var idi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Göstərilən adlar və digər informasiyalar öz təsdiqini tapmayıb"

Bu gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə bağlı gedən informasiyaları dəqiqləşdirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, gedən yazılarla bağlı araşdırma aparılıb. Məlum olub ki, həqiqətən də adıçəkilən xanımın avtomobili ötən günlər ərzində xeyli sayda ödənilməmiş cəriməsi olduğu üçün yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan cərimə meydançasına aparılıb. 

“Avtomobilin sürücüsü və adıçəkilən xanıma cərimə borcunun olması barədə məlumat verilib. Verilmiş məlumat əsasında ertəsi gün xanım cərimələri ödəyib və avtomobili müvəqqəti mühafizə olunan yerdən çıxarıb".

V.Əsədov yayılan informasiyalarla bağlı aparılan araşdırma barədə də məlumat verib. “Sosial şəbəkələr vasitəsilə yayılan məlumatlarda göstərilən adlar və digər informasiyalar öz təsdiqini tapmayıb. Xanımla bağlı yazılan informasiyalar qanunvericiliyin tələbləri əsasında həyata keçirilib. Xanıma hüquq və vəzifələri izah edilib.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh