Hibrid "Range Rover Sport" üzgüçülərlə yarışıb - VİDEO

Avtodünya 6 Oktyabr 2017 10:00 Oxunub 2313
Hibrid "Range Rover Sport" üzgüçülərlə yarışıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Range Rover Sport avtomobilini iki üzgüçüyə qarşı qoyub

Land Rover şirkəti qeyri-adi yarış tərtib edib: o, hibrid Range Rover Sport avtomobilini iki üzgüçüyə qarşı qoyub. Bu yarış ofroderin iştirak etdiyi sınaqlardan sonuncusu olub.

Bundan öncə, avtomobil Payks Pik yoxuşuna qalxmış, Rub əl Hali səhrasını keçmiş və Alp dağlarındakı dağ-xizək enişi ilə enmişdi. Yeni yarışın iştirakçıları üzgüçülük üzrə ikiqat dünya çempionu Keri-Enn Peyn və atlet Ross Ecli olubdurlar. Onlar Bantam çimərliyindən Cənubi Devondakı Burq adasına kimi sahil xətti üzrə 1,5 kilometrlik məsafəni üzərək keçməli idilər.

Ofroder isə bu zaman, 14 kilometrlik məsafəni, o cümlədən 850 millimetr dərinliyinə keçidi qət etməli idi. Range Rover Sport P400e britaniya markasının ilk qoşulan hibrididir. Onun güc aqreqatının tərkibinə 300 at qüvvəsi hasil edən 2,0-litrlik turbomotor və 116 at qüvvəli elektromotor daxildir. Hibrid qurğu 404 at qüvvəsinə və 640 Nm fırlanma anına malikdir. (autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh