"Toyota Century" modelinin üçüncü nəslini təqdim edib - FOTO

Avtoxəbər 6 Oktyabr 2017 11:00 Oxunub 1649
"Toyota Century" modelinin üçüncü nəslini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müştərinin arzusu ilə salonu dəri ilə də örtmək olar.

Toyota üçüncü nəsil Century modeli haqqında məlumatı və ilk fotoşəkillərini dərc edib. Avtomobilin ikinci nəsli 1997- 2006-ci illər arasında buraxılmışdır. İlk nəsli 1967-ci ildə işıq üzü görmüş Toyota Century modelinin üçün nəslinin təqdimatı Tokyo avtosalonunda keçiriləcəkdir.

Toyota şirkəti Century modelini məhdud sayda imperator ailəsi və yüksək vəzifəli dövlət adamları üçün istehsal edir. Modelin qabarit uzunluğu 5335 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə 1505 millimetrdir. Sedanın təkər bazası 3090 millimetrdir. Beləlikə, yeni model sələfindən 65 millimetr uzun, 40 millimetr enli və 10 millimetr hündürdür. Yeni modelin təkər bazası da 65 millimetr artırılmışdır.

Yeni modelin güc aqreqatı barədə məlumat verilməyib. İstehsalçı sedanın tərkibinə 5,0-litrlik V8 mühərriki daxil olan hibrid güc aqreqatı ilə təchiz edildiyini bildirib. Əvvəllər  Century V12 mühərriki ilə təchiz edilirdi. Yeni Toyota Century modelinin keçmiş nəsil Lexus LS 600h sedanının hibrid güc aqreqatı ilə təchiz olunduğu istisna edilmir. Bu aqreqat 438 at qüvvəsinə malik idi.

Toyota Century salonunda 100 faizlik yundan hazırlanmış parça ilə örtülmüş dörd oturacaq vardır. Müştərinin arzusu ilə salonu dəri ilə də örtmək olar.

Arxa sərnişinlər ixtiyarına ayaq dəstəyi, massaj, oturacaqların elektrik ötürməsi, masalar, digər oturacaqları, klimat-kontrolu və 20 dinamikli səs sistemini idarə etmək üçün oturacaqların arasında yerləşdirilmiş xüsusi panel, həmçinin iri ekranı olan əyləncə kompleksi verilibdir. 

Toyota Century modelinin təchizatına işıqdiodlarından fənərlər, adaptiv uzaq işıqlar, toqquşmaları önləyən sistem, kor zonalara nəzarət funksiyası və avtomobil arxa istiqamətdə hərəkət edərkən köndələn istiqamətdə gələn avtomobillərə nəzarət sistemi daxildir.

Modelin birinci nəsli 1967-ci ildə konveyer həyatına başlamış və 1997-ci ilə kimi xırda dəyişikliklərlə buraxılmışdır. Modelin ikinci nəslinin dörd nüsxədən ibarət xüsusi seriyası istehsal edilmişdir ki, bu avtomobillər Yaponiya imperatoru üçün nəzərdə tutulmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh