Toyda bəyi bir-bir sillələyib, şabaş verdilər - VİDEO

Maraqlı 5 Oktyabr 2017 23:54 Oxunub 1326
Toyda bəyi bir-bir sillələyib, şabaş verdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maraqlı toy adəti sosial şəbəkələrdə böyük marağa səbəb olub

Toyda bəyi təbrik etmək üçün üzünə sillə vurur, daha sonra isə pulu yerə atır və ya cibinə qoyur. Avtosfer.az-ın məlumatına görə, maraqlı toy adəti sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Hətta bəzi məqamlarda vurulan sillə o qədər güclü olur bəy zərbənin təsirindən özünə gəlmək üçün bir müddət kənara çəkilməli olur.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası Elçin Qaliboğlu bildirib ki, bu adətin hansısa keçmiş ənənələrlə bağlılığı yoxdur. Bu sadəcə gənclərin şıltaqlığını əks etdirən bir görüntüdür.

Elçin Qaliboğlu bildirir ki, toyda əylənmək, rəqs etmək də lazımdır. Ancaq belə heç bir məntiqi və əsası olmayan hərəkətlər toy kimi müqəddəs bir el adətini insanların gözündən sala bilər. Onun firkincə, toyların məzmunun zənginləşməsinə böyük ehtiyac var.

Onu da qeyd edək ki, videoda əks olunan hərəkətlərə daha çox Azərbaycanın şimal-qərb regionundakı toylarda rast gəlinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh