Sürəti aşıram, maşını plyonka ilə sürürəm, kəmər taxmıram - Pərvin Abıyeva - VİDEO

Qaydalar 6 Oktyabr 2017 01:37 Oxunub 2965
Sürəti aşıram, maşını plyonka ilə sürürəm, kəmər taxmıram - Pərvin Abıyeva - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gün ərzində DYP əməkdaşları məni 2-3 dəfə saxlayır"

Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib. Avtosfer.az bildirir ki, bu haqda xəbəri ilk olaraq "Report" agentliyi yayıb. Müğənniyə məxsus olan 99 EP 333 dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb. Azxeber.com-a məsələninin təfərrüatları məlum olub. Belə ki, Abıyeva ötən həftə ATV-də yayımlanan "Qadına görə" verilişində yol qaydalarını tez-tez pozduğunu və kəmər taxmadığını bildirmişdi: "Mən sürət həddini tez-tez aşıram, gün ərzində DYP əməkdaşları məni 2-3 dəfə saxlayır. Bunun səbəbi də avtomobilimdə olan pərdədir. Eyni zamanda heç vaxt kəmər taxmıram, çünki xəstəliyim var. 

Məhz aktrisanın bu sözlərindən sonra DYP onunla bağlı araşdırmaya başlayıb. Məlum olub ki, aktrisanın çoxlu sayda MMX-sı var və avtomobili siğortasız sürür. 

Verilişin aparıcısı Vüsalə isə aktrisa haqda deyib: "Bu qız sürət həddindən çəkinmir, əsəbiləşəndə isə acığını yollardan çıxır. DYP-nin gözündən uzaq, bunu məndən eşitmiş olmayın".

Avtosfer.az bildirir ki, əgər həqiqətən də Pərvinin ürəyində problem varsa onun ümumiyyətlə sükan arxasında oturması qadağandır. Lakin çox güman ki, o da bir çoxları kimi, kəmər taxmamaq üçün "ürəyim sıxılır" deyir...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Camal 6 Oktyabr 2017 12:46
bu kimdi axrinci filmi nece oskar alib