Azərbaycanda piyadaların maşınla vurulmasında ŞOK ARTIM

Yazarlar 9 Oktyabr 2017 11:36 Oxunub 1261
Azərbaycanda piyadaların maşınla vurulmasında ŞOK ARTIM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP bəzi piyadaların daha ağır cərimələnməsini təklif edir

«Bəzən insanlar elə yerlərdən yola çıxırlar ki, bu, konkret ölümlə nəticələnəcək riskdir. Məsələn, Bakı-Quba yolunun 5-ci km-dən 12-ci km-nə qədər olan hissəsində beton arakəsmələr var. Bəzən piyadalar həmin arakəsmələrin üstündən aşaraq sürətli yolu keçməyə cəhd edirlər». Bu fikirləri Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlayıb. “Sürətli yollara çıxan, dəmir beton konstruksiyalar üzərindən keçən, daha çox təhlükə yaradan piyadaların cərimələrinin artırılması, hətta inzibati məsuliyyətə cəlb edilməsini təklif etmişdik” deyən şöbə rəisi bildirib ki, hələlik məsuliyyətin gücləndirilməsi ilə bağlı qanuna müvafiq dəyişiklik edilməyib: Düşünürük ki, bu dəyişiklik edilərsə belə hadisələrin qarşısını almaq olar. Bu gün piyadavurmaların sayı ümumi avtomobil qəzalarının 50 faizini təşkil edir.  Bakı şəhərində isə bu rəqəm 67 faizdir. Bu, kifayət qədər yüksək rəqəmdir. Piyadaların yolu necə keçməsi heç kəsə sirr deyil. Bunu sürücü də, sərnişin də, piyada özü də bilir və görür”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh