Sürücülərin nəzərinə: Bu küçələr bağlı olacaq

Avtoxəbər 6 Oktyabr 2017 09:50 Oxunub 1217
Sürücülərin nəzərinə: Bu küçələr bağlı olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh