Formula 1: Qalmaqallı keçid reallaşdı

Yarışma 6 Oktyabr 2017 13:35 Oxunub 1366
Formula 1: Qalmaqallı keçid reallaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Marçin Budkovski FİA-dan 10 gün əvvəl istefaya göndərilib

FİA-nın istefaya göndərilən texniki nümayəndəsi Marçin Budkovskinin yeni iş yeri müəyyənləşib. Avtosfer.az goal.az-a istinadən xəbər verir ki, "Renault" komandası polşalı mütəxəssisin komandada icraçı direktor vəzifəsini icra edəcəyini açıqlayıb. O, şassinin hazırlanmasından istehsalına qədər bütün proseslərə nəzarət edəcək. Xatırladaq ki, Marçin Budkovski FİA-dan 10 gün əvvəl istefaya göndərilib. Daha sonra onun "Renault"a keçməsi barədə şayiələr yayılmağa başlamışdı. Bu keçid Budkovskinin komandaların bütün sirlərinə bələd olması səbəbindən rəqib komandalar tərəfindən ciddi tənqidlə qarşılanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh