Renault yeni strateji planını açıqlayıb

Avtodünya 6 Oktyabr 2017 21:00 Oxunub 1387
Renault yeni strateji planını açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu göstəriciyə AvtoVAZ şirkətinin də məhsulu daxil edilib.

Renault şirkəti altı ilə hesablanmış yeni Drive The Future adlı strateji planını açıqlayıb. Bu plan 21 yeni modelin hazırlanacağını nəzərdə tutur. Bu planın həyata keçirilməsi fransız istehsalçısına 70 milyard dollar hasilat gətirəcəkdir.

Mövcud olan model xəttinin genişləndirilməsi sayəsində Renault şirkəti mənfəətliliyini artırmağı planlaşdırır. İstehsalçı səkkiz tam yeni elektrik və 12 hibrid modelini hazırlayacaq, 15 modeli isə avtonom idarəetmə sistemləri ilə təchiz edəcəkdir. Fransızlar Rusiya bazarında olan paylarını Voljsk avtozavoduna sərmayə qoymaqla artırmaq niyyətindədirlər. Bununla belə, Drive The Future planının başa çatmasından sonra, fransız istehsalçısının satış həcmi 2016-cı ilə nisbətən 40 faiz (5 milyon avtomobilə qədər) artmalıdır. Bu göstəriciyə AvtoVAZ şirkətinin də məhsulu daxil edilib.

Eyni zamanda, Renault Çindəki inkişafını sürətləndirmək, Braziliya, Hindistan və İrandakı istehsalını genişləndirmək, yeni xidmətləri işə salmaq (internet-taksi, robot-taksi) və modellərin 80 faizini ümumi platformaya keçirmək, həmçinin tədqiqatlara 18 milyard avro xərcləmək niyyətindədir. (autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh