“Mercedes”i oğurlayıb qəza törətdi; 4 maşını əzib 2 piyadanı vurdu

Yazarlar 8 Oktyabr 2017 00:48 Oxunub 2075
“Mercedes”i oğurlayıb qəza törətdi; 4 maşını əzib 2 piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda avtomobil qaçıran şəxs polis tərəfindən sərxoş halda yaxalanıb

Oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən  qaçırıldığı məlum olub. Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub. Sükan arxasındakı bu şəxsin sərxoş halda olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib. Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir. 

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh