Avtomobili sudan necə mühafizə etmək olar? - VİDEO

Yazarlar 8 Oktyabr 2017 01:05 Oxunub 1682
Avtomobili sudan necə mühafizə etmək olar? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər məsləhətlərə qulaq assalar qışı böyük ziyan görmədən keçirə bilərlər

Yağışlı havalarda dərin gölməçələrdən keçərkən və yaxud subasma nəticəsində mühərriki və ya salonuna su dolan avtomobillərdə nasazlıqlar yaranır, sürücülər böyük xərcə düşürlər. Mütəxəssislər isə bildirir ki, bu halla qarşılan sürücülər bəzi nüanslara fikir verərsələr daha az xərclə xilas ola bilərlər. Məsələn, avtomobil suyun içindədirsə onu işə salmaq olmaz, əksə halda ziyan bir neçə dəfə arta bilər. Sudan çıxarılan maşını sonrakı günlərdə də işə salmaq məsləhət deyil. Bu zaman avtomobilin tam qurumasını gözləmək mütləqdir.

Bu şəkildə sürücü avtomobil elektronik hissələrini mühafizə etmiş olur. Bundan başqa sürücülər gölməçələrdən keçərkən də diqqətli olmalıdır.

Ustalar bildirir ki, yağışlı günlər qabaqda olduğundan sürücülər məsləhətlərə qulaq assalar qışı böyük ziyan görmədən keçirə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh