Bakıda yük avtomobili yandı; tunel bağlandı - FOTOLAR

Avtoxəbər 8 Dekabr 2014 23:16 Oxunub 1632
Bakıda yük avtomobili yandı; tunel bağlandı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin yük avtomobilinin içərisi ərzaqla dolu olub

Bu gün Bakıda daha bi avtomobil yanıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Nəsimi rayonu ərazisində - Ziya Bünyadov praspektinə birləşən tunelin girişində yük maşını qəfildən alışıb. Hadisə şahidlərinin sözlərinə görə, hansısa firmaya məxsus olan həmin yük avtomobilinin içərisi ərzaqla dolu olub. Bütövlükdə alışan avtomobili söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Təhlükəsizlik baxımından yol polisləri əməkdaşları avtomobillərin hərəkətini tamamilə məhdudlaşdırıb. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh