Sərgidə uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Yeniliklər 8 Oktyabr 2017 15:33 Oxunub 1354
Sərgidə uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb. Uçan taksilər Dubay hökümətinin planının bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq. Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət - saatda 50 kilometr, maksimak sürət - saatda 100 kilometr. Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır. Ötürücülər piyadaların hərəkətlərini hesablayır və işıqforun siqnalının qalan zamanını avtomatik təshih edir. Bu isə piyadaların yolu təhlükəsiz keçməyini təmin edir. Qeyd edək ki, "Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh