“Azpetrol” həmin sürücünü işdən qovdu – VİDEO

Yazarlar 9 Oktyabr 2017 10:55 Oxunub 4016
“Azpetrol” həmin sürücünü işdən qovdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanacaq daşıyan yük avtomobili ilə kobud qayda pozmuşdu

Sentyabrın 7-də Bakının A.M.Şərifzadə küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Azpetrol” MMC-yə məxsus yanacaq daşıyan yük avtomobilinin görüntüləri Avtosfer.az saytına yerləşdirilmişdi. Həmin görüntülər əsasında "Azpetrol” MMC-nin səlahiyyətli şəxsi qeyd etdiyimiz qayda pozan sürücüyə etdiyi hərəkətin təhlükəli olduğunu bildirərək onu işindən azad edib.Bu barədə sayta rəsmi şəkildə cavab verilib. Avtosfer.az həmin rəsmi cavabı sizə təqdim edir.

Qeyd edək ki, A.M.Şərifzadə küçəsində (İctimai televiziyanın qarşısında) hərəkət edən "Azpetrol" şirkətinə məxsus, 99-JX-736 qeydiyyat nişanlı “MAN” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü svetoforun qırmızı işığında sağ zolaqdan birbaşa geriyə dönərək hərəkət etmişdi.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh