Polis əməkdaşları sıralarına yeni əməkdaş - pişik cəlb edilib

Maraqlı 9 Oktyabr 2017 10:01 Oxunub 1552
Polis əməkdaşları sıralarına yeni əməkdaş - pişik cəlb edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tia yalnız 30 dəqiqə işləyərək qalan vaxtda yatır

Yeni Zelandiyada polis əməkdaşları sıralarında xidmət etmiş əfsanəvi dəniz siçanı "Elliot"un ölümündən bir ay keçdiyindən onun əvəzinə "Tia" ləqəbli pişiyi işə götürüblər.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, pişiyin isə çox gözəl işçi olduğu qeyd olunur.

"Tia" polis əməkdaşlarını yumşaldaraq və "Elliot"un həlak olmasından sonra qalmış boşluğu doldurmağa kömək edərək, yalnız 30 dəqiqə işləyir, qalan vaxtda isə yatır.

Polisin mətbuat xidmətindən qeyd ediblər ki, yuxunun pişik üçün ən xoş məşğuliyyət olmasına baxmayaraq, o, öz vəzifələrini ləyaqətlə icra edir.

 

"Tia bizim əməkdaşlarımıza bəzi araşdırmaları keçirməyə kömək edir. O inzibatçılığı və sənədləri çox yaxşı anlayır", - deyə asayiş keşikçiləri bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh