"Kamaz"la "Mercedes" toqquşdu: 4 ölü, 2 yaralı – FOTO

Qəzalar 9 Oktyabr 2017 10:05 Oxunub 1655
"Kamaz"la "Mercedes" toqquşdu: 4 ölü, 2 yaralı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəhşətli qəza nəticəsində 3 nəfər yerindəcə, biri isi xəstəxanada ölüb

Sabirabadda "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib.

***08:40

Sabirabadda "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Hadisə nəticəsində Füzuli rayon sakinləri - 22 yaşlı Araz Mehdi oğlu Xənimli, 21 yaşlı Etibar Məzahir oğlu Eyvazlı xəsarət alıb. İkinci yaralının vəziyyətinin kritik olduğu bildirilir.

***07:57

Sabirabadda ağır yol qəzası baş verib. Hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfərin yaralandığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh