Bakıda bu «moyka»da avtomobillərin başına belə oyun açırlar - VİDEO

Avtoxəbər 9 Dekabr 2014 01:25 Oxunub 6916
Bakıda bu «moyka»da avtomobillərin başına belə oyun açırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını «moyka»dan kobud qaydada çıxarırlar, «ruçnoy» çəkib sürəti aşırlar

Azərbaycanda avtoyuma məntəqələrindən maşınların qaçırılması barədə xəbərləri tez-tez eşidirik. Və ya, maşınlardan hansısa əşyaların oğurlanması halları da olur. Belə olduqda sürücülər maşını yuyulmağa verdikdə orada gözləsələr, daha yaxşı olar. «Vaxtım yoxdur» deyənlər Avtosfer.az-ın təqdim etdiyi bu videoya diqqətlə baxsınlar.

Sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, bu kardlar avtomobillərdən birində quraşdırılmış videoreqistrator tərəfindən qeydə alınıb. İncəsənət Universitetinin arxasında yerləşən «moyka»da yuyulan avtomobili oradan elə maşını yuyuan şəxs kobud formada çıxarır. Daha sonra isə sürücünün maşının yanında olmamasından istifadə edib maşınla gəzintiyə çıxır. Çala-çökək yollarda avtomobili sürətlə idarə edib «ruçnoy» çəkən avtoyuyucu sonra elə o cür kobud formada da maşını gətirib avtoyuma məntəqəsinin yanında saxlayır. Avtomobilin sahibi baş verənlərdən videoreqistratorun yaddaşına baxarkən xəbər tutub və bunu sosial şəbəkələrdə paylaşıb ki, başqalarının da başına belə işlər gəlməsin.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh