Olimpiya Oyunlarına bu maşınlarla gedirik – DYP-nin diqqətinə -VİDEO

Avtoxəbər 9 Dekabr 2014 21:50 Oxunub 2785
Olimpiya Oyunlarına bu maşınlarla gedirik – DYP-nin diqqətinə -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Təkərli tabut»lar: sınıq-salxaq maşınların yol hərəkətindən kənarlaşdırılması DYP-nin birbaşa vəzifəsidir

Qarşıdan I Yay Olimiya Oyunları gəlir. Bakıda möhtəşəm tədbir keçiriləcək. Bütün dünyanın diqqəti Bakıda – Azərbaycandadır. Amma bu gün çatışmayan xırda-para məsələlər var ki, onlardan biri də videoda gördüyünüz sınıq-salxaq maşınlardır. Avtosfer.az-ın məlumatına görə, bu video bir neçə gün əvvəl Nobel prospektində – «Asan xidmət»in qarşısında çəkilib. Deməli, üzü şəhərə tərəf gedən bu avtomobilin sürücüsü qayda pozuntularına görə boğaza qədər məsuliyyət daşıyır. Maşın texniki cəhətdən nasaz vəziyyətdir, yükdaşıma qaydaları pozulub, dövlət nömrə nişanı aydın görünmür və sair və ilaxır. Görünən odur ki, bu cür avtomobillər şəhərin görünüşünə ziyan vurmaqla yanaşı, həm də ciddi təhlükə mənbəyidir. Məsələn, işıq cihazları işləmir və arxadan gələn sürücü bu avtomobilin sürücüsünün nə vaxt tormoz verəcəyini, sağa və ya sola dönüb-dönməyəcəyini heç bir şalda dönmə və tormoz işıqları sayəsində billə bilməz. Bu, birinci amil.

İkinci amil isə odur ki, tormozun işlək vəziyyətdə olub-olmadığı hələ məlum deyil. Bu maşın küçədə 100 minlik dəyəri olan bir avtomobilə toxunub əzsə, gərək sahibi 5 il gecə-gündüz işləyib onu düzəltdirsin. Yaxud da, 100 minlik avtomobilin kiçik bir farasını sındırsa, o faranan qiyməti bu sınıq-salxaq maşının qiymətindən qat-qat bahadır. 

Biz kimisə aşağılamırıq, kiminsə çörəyinə bais olmaq istəmirik. Başa düşürük, kimsə bu maşınlarla ailəsini dolandırır, pul qazanır. Amma nəzərə almaq lazımdır ki, bu maşında bir dəfə şəhərin o baş-bu başına gedib qayıtmaqla 50 manat qazanc əldə edən sürücü bu tör-töküntü maşınla kimisə vursa, kiminsə maşınını əzsə, yolun ortasında xarab olub tıxaca səbəb olsa, 50 manat heç nədir. Bu cür maşınları sürənlər də sanki «təkərli tabut»da gəzirlər. Bunların hər dəqiqəsi qəza və ölümdür. 

Bizim psixologiyamız elə formalaşıb ki, qəti tələb olmasa, zorla tutub başa salmasalar ki, ay vətəndaş, bu maşından əl çək, yazıqdır, tökülüb gedir və qanuna görə bunu sürmək olmaz, heç kim maşını çıxdaş edən deyil. Tökülüb dağılsa da, sürəcəklər. Tələb etmək isə əlbəttə, Dövlət Yol Polisinin işidir. Yəqin, belə maşınları DYP də görür. Görürsə, DYP-nin tam ixtiyarı var ki, bu cür maşınları dərhal hərəkətdən kənarlaşdırsın.

Şəxsən mənə maraqlıdır ki, bu cür avtomobillər texniki baxışdan necə keçir? Əminliklə demək olar ki, 90 faizi texniki baxışdan keçmir. Çünki texnikada texnikalıq qalmalıdır ki, texniki baxışdan da keçsin. Texniki baxışa yararsız olan avtomobilin istismarı da düzgün deyil. Özü də, bu cür maşınların əksəriyyəti «VAZ» və «QAZ» modellərindədir. Bu maşınların isə ən yenisi ilə kiçik qəzaya düşənin ölüm riski yüksək olur, hələ qalmışdı tör-töküntü vəziyyətdə olanları ilə…

Hər halda, DYP də öz üzərinə düşən vəzifəni yerinə yetirib «təkərli tabut»lardan yaxamızı qurtarmılıdır, aidiyyatı orqanlar da bu cür avtomobillərin istismardan yığışdırılmasının hansısa formasını tapmalıdır. Özü də, bu addımı tezliklə atmalıyıq. Olimpiya Oyunlarına bu maşınlarla gedəsi deyilik ki…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh