Nazirin kortejinə girən "BMW-X5" sürücüsü belə döyüldü - VİDEO

Avtosfer TV 9 Oktyabr 2017 14:27 Oxunub 16136
Nazirin kortejinə girən "BMW-X5" sürücüsü belə döyüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hazırda həbsdədir, etiraz edənlər var

Dağıstanda daxili işlər naziri, general Abdurəşid Maqomedovun kortejinin yoluna çıxan "BMW" avtomobilinin sürücüsü nazirin cangüdənləri tərəfindən xüsusi qəddarlıqla döyülüb və həbs edilib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, görüntüləri Mash teleqram-kanalı yayıb. Kadrlardan görünür ki, "BMW X5" markalı avtomobil nazirin üzərində “miqalkası” olan avtomobil kortejinin qarşısında hərəkət edir, bu zaman nazirin avtomobili onu ötüb keçmək üçün qarşı hərəkət zolağına çıxır, ancaq "BMW" avtomobili də eyni vaxtda qarşı hərəkət zolağına çıxır və kortejə maneə olur. Ardınca “miqalkalı” cip onu soldan keçərək qarşısını kəsir, nazirin mühafizəçiləri avtomobildən düşərək sürücünü yerə düşürür və döyür.

Sürücünün hazırda həbsdə olduğu və təcridxanada saxlanıldığı bildirilir. Saxlanılan şəxsin bildirdiyinə görə təsadüfən qarşı hərəkət zolağında nazirin avtomobilinin qarısına çıxıb. Yayılmış kadrlara Dağıstan DİN hələ münasibət bildirməyib. Sosial şəbəkələrdə isə sürücünün qaydanı pozmasına baxmayaraq nazirin cangüdənlərinin onu bu cür döyməsini pisləyənlər çoxdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh