Marşrut avtobusu sürücüsü üçün 23+ - Vacib şərtlər

Qaydalar 9 Oktyabr 2017 23:39 Oxunub 3914
Marşrut avtobusu sürücüsü üçün 23+ - Vacib şərtlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
3000 nəfərdən artıq sürücünün məlumatı həmin bazada toplanıb

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat şəbəkəsində müəyyən etdiyi əsas problemlərdən biri peşəkar sürücü bazasının olmamasıdır. Bu sözləri açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu məsələnin həlli istiqamətində agentlik müxtəlif araşdırmalar aparıb: "Mövcud praktikalar öyrənildi ki, bu məsələni hansı yollarla daha səmərəli şəkildə həll etmək olar. Qərara alındı ki, öncə BNA-nın nəznində Sürücü Təlim Mərkəzi yaradılsın. Bu mərkəz yaradılandan sonra bütün sürücülər barədə məlumatlar vahid bazada yerləşdirilib.

Daşıyıcılar tərəfindən verilən məlumatlar əsasında 3000 nəfərdən artıq sürücünün məlumatı həmin bazada toplanıb. Amma bu bazanı da peşəkar sürücü bazası adlandıra bilmərik. Çünki bu, vahid sürücü bazasıdır. Həmin sürücülərin peşəkarlıqlarının artırılması üçün daşıyıcılar qarşısında məcburi tələb qoyulub və sürücülərin hamısı BNA nəzdində təlimlərə cəlb olunub.

Təlimlər artıq başlayıb. Mərhələli şəkildə 50-100 nəfərlik qruplar halında sürücülər təlimlərdə iştirak edirlər. Təlimlərin mövzusu həm nəzəridir, həm də praktiki. Burada sürücülərə sürücü kimi bilməli olduqları biliklərlə yanaşı onların psixoloji vəziyyətləri, sürücü-sərnişin münasibətlərinə əməl etməsi, yarana biləcək anlaşılmazlıqlarla bağlı kifayət qədər soquqqanlı və səbrli olmaları ilə bağlı zəruri məlumatlar verilir”.

Mais Ağayev əlavə edib ki, daşıyıcıların verdiyi məlumatlar görə, sürücülərinin hamısının avtobus sürmək üçün lazım olan hüquqi sənədləri var: "Amma təəssüf ki, bəzi hallarda baş verən yol-nəqliyyat hadisələri zamanı və ya müvafiq qurumların keçirdiyi reydlər əsasında sürücülük vəsiqəsi olmayan, həmçinin, vəsiqəsi olan, amma avtobus sürmək icazəsi olmayan sürücülərin olması məlum olur”.

Hüquqşunas ekspert Ərşad Hüseynov bildirib ki, ictimai nəqliyyat idarə etmək üçün mütləq sürücülük vəsiqəsi və D, E kateqoriyası olmalıdır: "Həmin kateqoriyanı almaq üçün isə ən az 23 yaşın tamam olması vacibdir. Bu yaşdan aşağı şəxslərin həmin kateqoriyanı alması mümkün deyil. İctimai nəqliyyat sürücüsü olmaq istəyən şəxs son iki ildə sərxoşluğa görə sürücülük hüququndan məhrum olmamalıdır.

İşəgötürən sürücünü işə götürərkən vəsiqə ilə yanaşı sağlamlıq arayışı da tələb etməlidir. Yəni hər kimin D, E kateqoriyası varsa, onu işə götürmək və ictimai nəqliyyatı etibar etmək olmaz. Çünki işəgötürən baxmalıdır ki, həmin adamın hərəkəti, danışığı normal olsun”./Teleqraf.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh