Tbilisi prospektində tıxacın aradan qaldırılması üçün təkliflər hazırlanıb

Yeniliklər 10 Oktyabr 2017 02:13 Oxunub 968
Tbilisi prospektində tıxacın aradan qaldırılması üçün təkliflər hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“20 Yanvar” dairəsində nəqliyyat axınının yaxşılaşdırılması üzrə layihələr hazırlanıb

"Bakıda ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb". Avtosfer.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib. "74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb", - deyə o bildirib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh