"SOCAR"ın etdiyi səhvi yol polisi aradan qaldırdı – VİDEO

Yol polisi 10 Oktyabr 2017 14:42 Oxunub 1908
"SOCAR"ın etdiyi səhvi yol polisi aradan qaldırdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq həmin yerdən geriyə və sola dönmək olmaz

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Səbail rayonu, Salyan yolu şosesinin Bibiheybət məscidinin yaxınlığındakı hissəsində qoşa xəttin üstündə qanunsuz olaraq qırıq-qırıq xətt yaradılıb. "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında yaradılan həmin yerdən sürücülər sola dönüb YDM-yə daxil olurdular. Bu isə ciddi təhlükə yaradırdı. Belə ki, Bibiheybətə tərəf olan istiqamətdə iki hərəkət zolağı olsa da, əks yolda 3 zolaq var. Bu baxımdan, ərazidə bəzi sürücülərin də yüksək sürətlə avtomobil idarə etməsi daha gərgin vəziyyət yaradırdı. Avtosfer.az-a daxil olan məlumata görə, həmin xətti qanunsuz olaraq "SOCAR" YDM-nin işçiləri çəkib və daha çox müştəri yığmaq üçün bunu ediblər. Lakin YDM əməkdaşları bildirirlər ki, həmin xəttin çəkilməsinə DYP özü icazə verib.

Bütün bunlara baxmayaraq, həmin problem Avtosfer.az-a işıqlandırılandan sonra Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri ərazidə yoxlama aparıblar. Məlum olub ki, qırıq-qırıq xətt olduqca təhlükəli yerdə yaradılıb və qəza şəraiti yaradır. Bu səbəbdən də DYP-nin qərarı ilə qırıq-qırıq xətt ləğv edilib və bütov xətt təmin olunub.

Qeyd edək ki, artıq həmin yolda radar da quraşdırılıb.

Bir neçə ay əvvəl məhv həmin qırıq-qırıq xətt olan yerdə "Porsche" markalı avtomobil sola dönən polis maşının vurub. Nəticədə bir polis əməkdaşı ölüb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh