"Toyota" avtomobillərinin istehsalı zamanı qüsurlu metaldan istifadə olunub

Avtoxəbər 10 Oktyabr 2017 14:47 Oxunub 1199
"Toyota" avtomobillərinin istehsalı zamanı qüsurlu metaldan istifadə olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qüsurlu detallardan yalnız bəzi detalların istehsalı zamanı istifadə olunması istisna olunmur

Yaponiyanın "Kobe Steel" şirkəti istehsal etdiyi metalda qüsurların aşkarlandığını bəyan edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, şirkətin müştəriləri arasında "Toyota Motor" konserni də var. Bundan başqa, "Kyodo" agentliyinin yaydığı məlumatda deyilir ki, "Regional Jet" ("Mitsubishi Heavy Industries" şirkətinə məxsusdur) sərnişin təyyarələrinin istehsalı zamanı "Kobe Steel" şirkətinin məhsullarından istifadə olunub. Agentlik bildirir ki, qüsurlar "Kobe Steel" şirkətini müştərilərinə satdığı alüminium və misdə aşkarlanıb. "Toyota Motor"un yaydığı açıqlamada isə qeyd edilir ki, konsern artıq araşdırmalara başlayıb. Bununla yanaşı, konsern rəsmiləri bildirib ki, qüsurlu detallardan yalnız bəzi detalların istehsalı zamanı istifadə olunması istisna olunmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh