Maşın bazarında ucuzlaşma yoxdur

Avtobazar 10 Oktyabr 2017 15:46 Oxunub 1836
Maşın bazarında ucuzlaşma yoxdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təklif aşağıdır, tələb isə yüksəkdir"

Son günlər maşın bazarında ucuzlaşma olduğu barədə xəbərlər yayılır. Bu xəbərlərin məqsədinin bazara alıcı cəlb etmək daşıdığı istisna deyil. “Avtomobillərin qiymətində hansısa ucuzlaşma yoxdur”. Avtosfer.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib. “Təklif aşağıdır, tələb isə yüksəkdir. Ona görə də nəqliyyat vasitələrinin qiyməti qalxıb. Adətən oktyabr-noyabr aylarında avtomobillərin qiymətinin ucuzlaşması müşahidə olurdu, fevral ayında isə qiymət yenidən artırdı. Ancaq hazırda müşahidə olunur ki, avtomobillərin qiyməti bahalaşır. Təqribən 1-2 il bundan əvvəl nəqliyyat vasitələrinin qiymətinin qalxması maliyyə bazarlarında baş verən proseslərlə bağlı idisə, hazırda bu proses tam əks istiqamətə keçib. Bunun da əsas səbəbi tələb-təklif faktoru ilə bağlıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh