Sürücülərin yaralı yeri - İcra hakimiyyəti parkomat qoyur, yol polisi cərimə yazır - VİDEO

Yazarlar 10 Oktyabr 2017 15:48 Oxunub 1559
Sürücülərin yaralı yeri - İcra hakimiyyəti parkomat qoyur, yol polisi cərimə yazır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP "parkomat qanunsuzdur" deyir, parkomat nəzarətçiləri isə iddia edir ki, "DYP qanunsuzluq edib"

Bir müddət əvvələ qədər qadağan olunmuş ərazilərdə park edilən avtomobillər üçün Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən cərimə meydançasına aparılırdı. Sonra bu problem qismən həllini tapdı. Bakı küçələrində addımbaşı quraşdırılan parkomatlar sahəsində sürücüləri narazı salan bu problem aradan qalxdı. İndi isə yeni bir qayda çıxıb. Artıq parkomatların qarşısında saxlanan maşınlar qa cərimə meydançasına aparılır. Səbəbi gülməlidir - sən demə, bəzi parkomatlar qanunsuz fəaliyyət göstərirmiş. Xatırladaq ki, parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətindədir və hər axşam küçə və prospektlərdən, məhəllə və dalanlardan yığılan gəlirə birbaşa Nəzarət Müfəttişliyi cavabdehlik daşıyır.

Sürücülər “parkomat qanunsuz qurşadırılıb” iddiasının məntiqini anlamırlar: “Mən anlamıram, bu parkomat burada fəaliyyət göstərir, indi deyirlər ki qanunsuzdur. Avtomobilləri aparılar. Biz haradan bilək ki, bu parkomat qanunsuzdur yoxsa qanunidir?”

Budur, Dövlət Yol Polisi İdarəsinin Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.

Maraqlı məqam isə ondadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Müfəttişliyinin əməkdaşı olduğunu təsdiq edən şəxs avtomobillərin evakuasiyasını sakitcə seyr edir.

 - Siz burada nə işinə baxırsınız ?

Arxaya baxmadan çıxıb gedən bu şəxs Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yolun həm sol, həmdə sağ tərəfində olan parkomatlara nəzarət edir. Hər iki parkomat isə işləyir. Budur, yoxlayırıq: “Avtomobilimin nömrəsini daxil edirəm. Əlimdə olan qəpikləri daxil edirəm”.

Hadisə yerində olan və avtomobilləri cərimə meydançasına aparılan sürücülər də müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatlar vasitəsilə dayanacaq pulunu ödədiklərini bildirirlər. Bu çeklər isə onlarındır.

Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirir ki, haradasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb”. 

Qəribə məntiqdir. Parkomatı Bakı şəhər İcra Hakimiyyəti quraşdırır, aparatlar hamısı standartdır, üzərində “qanuni”, yaxud “qanunsuz” olduğunu bildirən işarə yoxdur.

Son olaraq onu qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində parkomatlar artıq bir ildən çoxdur quraşdırılıb, maşınları qanunsuz olaraq cərimə meydançasına aparan DYP əməkdaşları isə onun “qanunsuz” quraşdırıldığını yalnız bu gün görüblər. Bu məntiqin izahını da tamaşaçıların ixtiyarına buraxırıq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh