Avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılacaq - BNA

Yeniliklər 11 Oktyabr 2017 01:52 Oxunub 1181
Avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılacaq - BNA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu zolaqlar 3 və daha artıq hərəkət zolağı olan yolda çəkilə bilər

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, əsəs məqsəd ictimai nəqliyyatı stimullaşdırmaqdır: “Bununla bağlı Bakı Nəqliyyat Agentliyi təşəbbüslə çıxış etmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən yüksək dəyərləndirildi. İlkin olaraq, Bakı şəhərindəki 9 ünvanda bu xüsusi hərəkət zolağının çəkilməsi qərara alındı. Bu işlər çərçivəsində artıq 2 ünvanda – Məhəmməd Füzuli və Yusif Səfərov küçəsinin hər iki istiqamətində çəkilib. Hazırda digər küçə və prospektlərdə (Babək prospekti, Nobel prospekti, Gəncə Prospekti, Xocalı prospekti və. s ) xüsusi hərəkət zolağının çəkilməsi ilə bağlı müvafiq qurumlarla birlikdə işlər aparılır. Xüsusi hərəkət zolaqlarının çəkilməsində əsas məqsəd əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaqdır. Belə ki, marşrut şəbəkəsində olan avtobuslarımız bu zolaq ilə hərəkət etsələr, onlar tıxacda qalıb, əlavə vaxt itirməyəcəklər. İnsanlar avtobusla ünvana tez və rahat gedə biləcəklər. Nəticədə, avtobuslardan istifadəyə maraq artacaq".

Mais Ağayev əlavə etdi ki, xüsusi hərəkət zolaqlarının çəkilməsində diqqət olunası məqamlar var: “Bu zolaqlar 3 və daha artıq hərəkət zolağı olan yolda çəkilə bilər. Hər hansı bir küçədə 2 hərəkət zolağı varsa və onun 1-i xüsusi hərəkət zolağı üçün ayırılarsa, həmin yolda tıxac ola bilər. Ona görə, bu zolaqlar 3 və daha artıq hərəkət zolağı olan yollarda salınacaq. Hazırda bununla bağlı 9 ünvan müəyyənləşdirilib. Digər küçə və prospektlərin təhlili aparılır. Hansı küçələrdə mümkün olsa, o küçə və prospektlərdə xüsusi zolaqlar çəkiləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh