Ölümə gedən “Range Rover” kameraya düşdü - 010 – VİDEO

Avtoreyd 11 Oktyabr 2017 02:46 Oxunub 6812
Ölümə gedən “Range Rover” kameraya düşdü - 010 – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücü qəfil tormoz verməsəydi qəza qaçılmaz olacaq idi

Qaradağ rayon Qobustan qəsəbəsində idarə etdiyi avtomobili ilə əks istiqamətə çıxaraq avtomobillərin üstünə hərəkət edən sürücü Avtosfer.az-ın kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, oktyabrın 9-da Qaradağ rayon Qobustan qəsəbəsində yerləşən körpüdə öz zolağıyla hərəkət edən avtomobilin qarşısına əks istiqamətdə hərəkət edən 01-BH-010 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobil qəfil çıxaraq ona qəza şəraiti yaradıb. Öz zolağıyla hərəkət edən sürücü qəfil tormoz verməsəydi qəza qaçılmaz olacaq idi.

Sürücülər bilməlidir ki, bizim ölkədə soltərəfli hərəkət yox, sağtərəfli hərəkət tətbiq edilir. Ona görə də ikitərəfli yollarda sağ zolaqla hərəkət etmək lazımdır.

Qeyd etdiyimiz bu sürücü əks istiqamətə çıxaraq axına qarşı hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilməldir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh