Avtomobil idxalına görə rüsum artırılacaqmı? - RƏSMİ CAVAB

Avtoxəbər 11 Oktyabr 2017 11:24 Oxunub 1277
Avtomobil idxalına görə rüsum artırılacaqmı? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avtomobil idxalı üzrə rüsumun artırılması haqqında düşünmək hələ tezdir"

Dövlət Gömrük Komitəsi avtomobil idxalına görə gömrük rüsumunun artırılmasına baxa bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Komitənin sədri Aydın Əliyev deyib. A.Əliyev qeyd edib ki, bu addım Azərbaycan-İran avtomobil zavodunun istismara verilməsindən sonra atıla bilər: "Avtomobil idxalı üzrə rüsumun artırılması haqqında düşünmək hələ tezdir. Son illərdə ölkəyə avtomobil idxalı xeyli azalıb. Neftçalada avtomobil zavodu tam gücü ilə işlədikdən sonra gömrük rüsumunun artırılması barədə düşünmək olar. Yalnız bundan sonra təhlil aparacağıq ki, idxal daxili istehsala mane olur, ya yox".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh