Azərbaycanda məktəblilər qəza törətdi: YARALILAR VAR

Qaydalar 11 Oktyabr 2017 16:34 Oxunub 1557
Azərbaycanda məktəblilər qəza törətdi: YARALILAR VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azyaşlı avtomobil kanala aşırıb

Lənkəranda məktəb şagirdləri qəza törədib. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib. Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh