Ev sahibi olmaq istəyən polislərə əla fürsət – DİN ELAN VERDİ

Yol polisi 11 Oktyabr 2017 17:10 Oxunub 4599
Ev sahibi olmaq istəyən polislərə əla fürsət – DİN ELAN VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN polislərə kooperativ yolu ilə tikilən binada mənzillər təklif edir

Daxili İşlər Nazirliyi daxili işlər orqanları əməkdaşlarının sərfəli şərtlərlə evlə təmin edilməsinə dair elan yayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi kooperativ yolu ilə tikilən binada mənzillər təklif edir. 

Paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.

Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir.  

 

Mənzillərin sahələri:

1 otaqlı – 70.63,  72.93 kvm.

2 otaqlı – 88.17,  89.21 kvm. 

3 otaqlı – 152.72 kvm. 

4 otaqlı – 177.18 kvm.

Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə (tel: (012) 408-81-25) müraciət edə bilərlər.  

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh