Mühəndis yolsuzluq avtomobili düzəltdi: 100 il zəmanətli - FOTO

Avtoxəbər 11 Oktyabr 2017 17:23 Oxunub 1776
Mühəndis yolsuzluq avtomobili düzəltdi: 100 il zəmanətli - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub

Alman şirkəti olan “Partisan” kifayət qədər qəribə “One” adlı yolsuzluq avtomobili təqdim edib. Avtosfer.az publika.az-a istinadən bildirir ki, avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış “Partisan One” həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub. Bildirilir ki, hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub. Gələcəkdə avtomobilin həm də elektromotorlu hibrid variantının da buraxılması nəzərdə tutulur. Etibarlılıq zəmanətinə gəlincə, istehsalçı olduqca iddialı təklif irəli sürür: “Partisan One” ordu üçün 50 ildən çox xidmət edə biləcək və ümumi zəmanət isə 100 il təşkil edəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh