Yolların yağışlı-qarlı günlərə hazırlığı - Sürücüləri nə gözləyir?

Yazarlar 12 Oktyabr 2017 00:16 Oxunub 1164
Yolların yağışlı-qarlı günlərə hazırlığı - Sürücüləri nə gözləyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağlıq və dağətəyi ərazilərdəki yollar nəzarət altında saxlanılır

Havalar soyuduqca problemlər də artır. Payız-qış mövsümü ilə əlaqədar yollarda baş verəcək problemləri minumuma endirmək üçün “Azəravtoyol” ASC hansı tədbirləri görür? "Azəravtoyol" ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, payız-qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlanılıb. Oktyabrın ayının 1-dən etibarən qərargah yaradılıb və tədbirlər planı hazırlanıb: “Plana əsasən, yağışların intensiv yağdığı dağlıq və dağətəyi ərazilərdəki yollar nəzarət altında saxlanılır. Bununla yanaşı, su borularının giriş-çıxış hissələri təmizlənir, körpülər yoxlanılır. Bakı şəhərində yağış barmaqlıqları olan hissələrdə barmaqlıqlar təmizlənir ki, yağış yağanda su normal axa bilsin”.

Qurum rəsmisi əlavə edib ki, yollarda buzlaşmanın qarşısını almaq üçün sürtkü yağları, yanacaq ehtiyyatı və qum ehtiyyatı toplanılır. Bakı şəhərində əsasən duzdan, kənar yollarda isə duz-qum qarışığından istifadə edilir: “Yollarda baş verəcək problemləri minumuma endirmək üçün maksimum tədbirlər görürük, ancaq baş verəcək təbiət hadisəsindən yüz faiz sığortalanmamışıq. Bu məsələdə gərək sürücülər də diqqətli olsunlar”.

Anar Nəcəflinin sözlərinə görə, sürücülər noyabr ayından etibarən yay təkərlərini qış təkərləri ilə əvəz etməlidirlər. Əks halda, həmin sürücülər yollar təmizlənsə də, təmizlənməsə də problem yaşayacaqlar. Bu səbəbdən də "Azəravtoyol" ASC qışa hazırlıqsız avtomobillərin yollara çıxmamasını məsləhət görür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh