Bakıda qadının maşınını belə qarət etdilər - Hadisə anbaan kameraya düşdü - VİDEO

Avtosfer TV 11 Oktyabr 2017 23:53 Oxunub 3993
Bakıda qadının maşınını belə qarət etdilər - Hadisə anbaan kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20-25 yaşlı bir gənc Nuranə Tağıyevanın avtomobilinə yaxınlaşaraq daşla arxa şüşəsini qırıb

Əvvəlcə ətrafa göz gəzidir. Daha sonra isə avtomobilə yaxınlaşmaq istəyir. Kiminsə gəldiyini görüb geri qayıdır. Amma buna baxmayaraq o avtomobildən oğurluq edib qaçır. Hadisə günorta vaxtı paytaxtın Yasamal rayonu Balababa Məcidov küçəsində baş verib. Görüntülər isə yaxınlığdakı mağazalardan birinin təhlükəsizlik kameralarına düşüb. Kadrlardan aydın olur ki, təxminən 20-25 yaşlı bir gənc Nuranə Tağıyevanın avtomobilinə yaxınlaşaraq daşla arxa yan şüşəsini qırır. Daha sonra avtomobilin arxa oturacağında olan çantanı götürüb heçnə olmamış kimi gedir.

Zərərçəkmiş avtomobilinə yaxınlaşarkən hadisədən xəbər tutub. Nuranə Tağıyeva dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə 27-ci polis bölməsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Zərərçəkmiş Nuranə Tağıyevanın sözlərinə görə, çantasında pul, maaş kartı və sənədləri olub. Ümumilikdə isə ona 500 manata yaxın zərər dəyib.

27-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı hələki saxlanılan yoxdur. Amma görüntülər əsasında əməliyyat-axtarış tədbirləri davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh