Lənkəranda tikinti şirkətinin maşını aşdı - VİDEO

Avtosfer TV 12 Oktyabr 2017 00:23 Oxunub 1393
Lənkəranda tikinti şirkətinin maşını aşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində işləyən işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb. Bu zaman Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh