64 qəza piyadaların günahı ucbatından baş verib – 4-ü sərxoş olub

Qaydalar 12 Oktyabr 2017 11:20 Oxunub 1321
64 qəza piyadaların günahı ucbatından baş verib – 4-ü sərxoş olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərdən və yaralananlardan da ikisi məhz sərxoş piyadalar olub

Piyadaları təqsiri ucbatından bu ilin 8 ayı ərzində 64 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 26 piyada həlak olub, 39 nəfər xəsarət alıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ölənlərdən ikisi, həmçinin, yaralananlardan da ikisi məhz sərxoş piyadalar olub.

Ötən il isə piyadaların günahı ucbatından 29 yol-nəqliyyat hadisəsi baş verib ki, 17 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnmişdi. Rəqəmlərdən də görünür ki, statistikada artım var.

Kamran Əliyev bildirib ki, piyadaların ucbatından qəza baş verdikdə isə onlar da məsuliyyətə cəlb edilir. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh