Bakıda “Agdam” nömrəli “Mercedes” peyda oldu – ÖZƏL VİDEO

Avtoreyd 18 Oktyabr 2017 13:58 Oxunub 11234
Bakıda “Agdam” nömrəli “Mercedes” peyda oldu – ÖZƏL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahalı avtomobil Gürcüstan qeydiyyatlı olsa da, sürücü ağdamlıdır

Bakıda “Ağdam” nömrəli “Mercedes” markalı avtomobil görənlərin diqqətini çəkir. Çünki bu avtomobilin nömrəsi elə “Ağdam”dır. Yəni, nömrə yerinə sadəcə, “Ağdam” yazılıb. Həmin avtomobil baza günü Xarici İşlər Nazirliyinin qarşısında hərəkət edərkən Avtosfer.az-ın kamerasına tuş gəlib. Avtomobil Gürcüstanda qeydiyyatdadır. Elə nömrəsi də Gürcüstan nömrəsidir. Sürücünün isə ağdamlı olduğu bildirilir.

Qeyd edək ki, dünyanın bir çox yerlərində avtomobillərin nömrə yerinə müxtəlif adların yazılmasına icazə verilir. Bu, olduqca bahalı proses olsa da, bəzi sürücülər xeyli pul xərcləyib nömrə yerinə ya öz adlarını, ya da hansısa bölgə adını yazdıra bilirlər. Yəni, bu proses qanuni olaraq həyata keçirilir. Artıq qonşu Gürcüstanda da bunu edirlər. Azərbaycanda da əksər sürücülər bunu arzulayır. Hər halda, qanunda dəyişiklik edilərsə, imkanlı şəxslər xeyli miqdarda dövlət rüsumu ödəyərək bunu edə bilər. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh