"Jeep", “Dodge” və “Chrysler” avtomobilləri geri çağırılıb

Avtoxəbər 12 Oktyabr 2017 10:10 Oxunub 1172
"Jeep", “Dodge” və “Chrysler” avtomobilləri geri çağırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"FCA Rus" şirkəti Rusiyada 3 mindən çox "Jeep", "Dodge" və "Chrysler" avtomobilini geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar avtomobillərdə mümkün qısaqapanma ilə bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin aprelindən 2011-ci ilin dekabrınadək Rusiyada satılmış "Jeep Compass", "Jeep Patriot", "Dodge Caliber" və "Chrysler Sebring" modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh