"Mini" 50 illik modelə xüsusi seriya həsr edib - FOTO

Avtodünya 12 Oktyabr 2017 11:16 Oxunub 1432
"Mini" 50 illik modelə xüsusi seriya həsr edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qara rəngli avtomobillərdə stikerlər sarı rəngdə, ağ rəngli avtomobillərdə isə qara rəngdə olacaq

Mini şirkəti 1969-cu ildə buraxılmış 1275 GT modelinə həsr edilmiş üçqapılı hetçbekin xüsusi modifikasiyasını təqdim edib. 1499 GT adlandırılan hetçbekin buraxılış tirajı 1499 ədəd olacaq. Xüsusi seriyadan olan avtomobillər qara və ağ rəngli kuzovu, həmçini 1499 GT sözləri həkk edilmiş stikerləri ilə seçiləcəklər.

Qara rəngli avtomobillərdə stikerlər sarı rəngdə, ağ rəngli avtomobillərdə isə qara rəngdə olacaq. Bundan başqa, xüsusi seriyaya mənsub olan avtomobillər John Cooper Works Sport Pack kataloqundan olan aksessuarları əldə edəcəklər. 102 at qüvvəli 1,2-litrlik mühərrikə malik olan avtomobillər 17-düymlük təkər disklərinə, xüsusi bamperlərə, oturacaqlara və sükana malik olacaqlar.

Xüsusi seriyadan olan avtomobillər yalnız Böyük Britaniyada 16990 funt-sterlinqdən başlayan qiymətlərlə satılacaq. (Autograph)

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh