Yeni nəsil "Volkswagen Polo" sedanı belə olacaq

Avtodünya 12 Oktyabr 2017 15:16 Oxunub 1259
Yeni nəsil "Volkswagen Polo" sedanı belə olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərçəndi yığcam sedanın bu il debüt edəcəyi gözlənilirdi

Bu günlərdə internet şəbəkəsində Volkswagen Polo sedanının növbəti nəslinin ilk rəsmi təsviri yayılıb. Braziliya bazarı üçün nəzərdə tutulan və Virtus adlandırılan sedanın şəkli, Instagram sosial şəbəkəsindəki səhifəsində yerli avtomobil nəşrinin redaktoru Fernando Kalmon tərəfindən dərc edilib.

Jurnalistin bildirdiyinə görə, yeni model 2018-ci ilin yanvarında təqdim ediləcəkdir. Hərçəndi yığcam sedanın bu il debüt edəcəyi gözlənilirdi. Məlumdur ki, Azərbaycan bazarında satılacaq sedan alman şirkətinin Rusiyadakı zavodunda buraxılmalıdır. Lakin, modelin Rusiyada nə zaman bazara çıxacağı barədə məlumat verilməyib.

Xatırladaq ki, bu ilin avqust ayında yeni sedanın dizaynı qismət açıqlanmışdı. Cəsuslar tərəfindən çəkilmiş şəkillərdə yeni avtomobilin cihazlar paneli və multimedia sisteminin yeni ekranı təsvir  olunmuşdu. Yeni nəsil Volkswagen Polo sedanının120 at qüvvəli 1,6-litrlik atmosfer benzin mühərriki və 128 at qüvvəli 1,0-litrlik turbomühərrik ilə təchiz olunacağı ehtimal edilir. (Autograph)

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh