Avtosalondan 185 min dollarlıq "Galendewagen" oğurlandı

Avtoxəbər 12 Oktyabr 2017 12:35 Oxunub 2861
Avtosalondan 185 min dollarlıq "Galendewagen" oğurlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluq nəticəsində salona 11,5 milyon dəyərində zərər vurulduğu bildirilir

Moskvada avtosalondan 11 milyon rubl qiyməti olan yolsuzluq avtomobili “Gelandewagen” oğurlanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə «İnterfax»a şəhər polis idarəsinin mətbuat xidmətindən məlumat verilib. “Ötən gün yerli vaxtla təxminən saat 22:00-da avtosalonun təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən polisə Varşavskaya küçəsində yerləşən avtosalondan oğurluq hadisəsi ilə bağlı məlumat daxil olub. Salondan “Mercedes-Benz AMG G63” markalıavtomobil oğurlanıb”, - deyə məlumatda qeyd olunur.

Salondan bildirilib ki, avtomobilin üzərinə nömrə bərkidilməyib. Oğurluq nəticəsində salona 11,5 milyon publ dəyərində zərər vurulduğu bildirilir.

Qeyd edək ki, “Mercedes-AMG” “Mercedes-Benz”in idman üslübunda olan ən güclü modellərindən hesab olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh