Yol polisi ilə "Lambada" oynayan sürücü tapıldı və tutuldu – VİDEO

Yol polisi 12 Oktyabr 2017 14:12 Oxunub 5909
Yol polisi ilə "Lambada" oynayan sürücü tapıldı və tutuldu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"07"nin sürücüsü DYP əməkdaşının əmrinə tabe olmayıb və maşını onların üstünə sürüb

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də aeroport yolunda avtoxuliqanlıq edən və yol polisinə tabe olmayan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az-ın məlumatına görə, aeroport istiqamətində hərəkət edən 10 KL 281 dövlət nömrə nömrə nişanlı "VAZ-2107" markalı avtomobil DYP əməkdaşının əmrinə tabe olmayıb. Nəticədə 99 YP 519 nömrəli yol polisinə məxsus maşın avtoxuliqanı təqib etməyə başlayıb. Sürətlə hərəkət edən və təhlükəli manevrlər edən VAZ-2107 digər hərəkət iştirakçıları üçün həyəcanlı anlar yaşadıb. O, hətta avtomobili DYP maşınının üstünə də sürüb. Sürücünün təhlükəli hərəkətlər etdiyini görən DYP əməkdaşları təqibi dayandırıb. Həmin vaxtdan etibarən gizlənən sürücü nəhayət, oktyabrın 10-da saxlanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, iki həftədən artıq müddətdə gizlənməyi bacarsan həmin sürücünün görüntüləri sosial şəbəkələrdə yayılan gündən onun axtarışı aparılıb. Oktyabrın 10-da saxlanılan sürücünün şəxsiyyəti müəyyən edilib. Bu, Suraxanı rayon sakini, 42 yaşlı İbiyev Yusif Ələkbər oğludur. Onun barəsində toplanmış materiallar Sabunçu rayon 13-cü polis bölməsinə təqdim edilib. Oktyabrın 11-də isə Sabunçu rayon Məhkəməsində onun əməlləri araşdırılıb və onun Heydər Əliyev prospektində avtoxuliqanlıq hərəkətləri etməsi təsqdini tapıb. Məhkəmənin qərarı ilə Ələkbər İbiyev 30 gün müddətinə inzibati qaydada həbs edilib və Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib. Bundan başqa, məhkəmə Ə.İbiyevin sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılmasını da təsdiq edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh