Cinayətlərin üstünün açılmasında onların əməyi danılmazdır

Yol polisi 12 Oktyabr 2017 16:12 Oxunub 1088
Cinayətlərin üstünün açılmasında onların əməyi danılmazdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis veteranları vaxtaşırı görülən işlər barədə hesabat verirlər

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları mütəmadi olaraq cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında onlarda dövlətə və dövlətciliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşmasında, nizam-intizama  və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında bilik və təcrübələrini bölüşürlər. Cinayətlərin açılmasında onların təcrübəsi, peşəkarlığı mühüm  rol oynayır. 

Uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində "döyüşən”, bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik  təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırılar. 

Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər. 

Belə ki, cari ilin 9 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 3401 cinayətin açılması təmin edilib.  

Ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb. Göstərilən dövr ərzində veteranlar 2190 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər. 

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh