Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü - FOTO

Yazarlar 12 Oktyabr 2017 16:51 Oxunub 1313
Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yolda sonuncu dəfə ötən ayın sonunda təmir işləri aparılıb, çuxurların üstünü asfaltla örtüblər

Bakı-Ələt avtomobil yolunun “20-ci sahə” adlanan ərazidən Bibiheybət məscidinə qədər hissəsi çöküb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, yolun Bibiheybət məscidindən şəhərə istiqamətində olan hissəsində bir neçə yerdə dərin çökmələr yaranıb. Nəticədə “Azəryolservis” ASC yolun çökən hissələrinə yamaqlar vurub. Buna baxmayaraq yolda çökmənin nəticələrini tam aradan qaldırmaq mümkün olmayıb, sürücülərin jarqonu ilə desək “iri qarmoşkalar” qalmaqdadır.

Yaxınlıqda yaşayanlar deyirlər ki, bu yolda sonuncu dəfə ötən ayın sonunda təmir işləri aparılıb, çuxurların üstünü asfaltla örtüblər.

Qeyd edək ki, bu avtomobil yolu “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində keçmiş Nəqliyyat Nazirliyi tərəfindən tikilib. Yolun çəkilişini həmin vaxt nazirliyin tərkibində olan “Azəryolservis” ASC (İndiki “Azəravtoyol” ASC) həyata keçirib.

“Azəravtoyol” ASC daha sonra- 2015-ci ildə Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə əsaslı təmir işləri aparılıb. Yolun asphalt örtüyü yenilənib, hərəkət ikiistiqamətli olub. Keçmiş Nəqliyyat Nazirliyinin rəsmi məlumatında yolun yüksək səviyyədə, müasir texnologiyalardan istifadə edilərək dünya standartlarına uyğun inşa edildiyi bildirilirdi.

Lakin cəmi 7 il əvvəl çəkilən və iki il əvvəl yenidən asfaltlanan yolda baş verən bu dərin çökmələr Nəqliyyat Nazirliyinin dövründə yol tikinti normalarının necə pozulduğunu bir daha göstərir. Mütəxəssislərə görə bu çökmələr yol yatağında bərkitmə işlərinin aşağı səviyyədə aparılmasının nəticəsi ola bilər.

 

Qeyd edək ki, Ziya Məmmədovun dövründə çəkilən Zığ şossesi (aeroporta gedən beton yol) və Bakı-Quba beton yolu da cəmi bir neçə il sonra sıradan çıxıb. Hansı ki, bu yollara 30 il təminat verildiyi deyilirdi. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh