Bayram paradında qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO

Avtosfer TV 12 Oktyabr 2017 19:59 Oxunub 1262
Bayram paradında qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, paradda iştirak edən dörd qırıcıdan biri olub

İspaniyanın milli bayramı münasibətilə keçirilən paradda iştirak edən "Eurofighter" qırıcı təyyarəsi ölkənin cənub-şərqindəki Lyanos aviabazasında qəzaya uğrayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, paradda iştirak edən dörd qırıcıdan biri olub. Yerli KİV pilotun katapult edə bilmədiyini yazıb.

Qeyd edək ki, bu gün Madriddə İspaniyanın milli bayramı şərəfinə parad keçirilir. Paradı dövlət başçısı, kral VI Felipe qəbul edir. Paradda dörd min hərbçi, eləcə də hərbi texnika, o cümlədən təyyarələr iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh