Dizellə işləyən maşınların sayı artır - Benzinlə azalır

Avtoxəbər 12 Oktyabr 2017 18:12 Oxunub 1104
Dizellə işləyən maşınların sayı artır - Benzinlə azalır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tofiq Qəhrəmanov: "Dizellə işləyən avtomobillərin sayı 1,5 dəfə artacaq"

"Hazırda dünyada yeni bir tendensiya başlayıb. Getdikcə dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınlar isə əksinə azalır". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammiti çərçivəsində sualları cavablandıran SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycanda da bu tendensiyanın güclənməsi mümkündür: "Təxmini hesablamalara görə, dizellə işləyən avtomobillərin sayı 1,5 dəfə artacaq. Ona görə, qorxmaq lazım deyil. Əgər bizim əlavə xammala ehtiyacımız olsa, onu yerli bazardan təmin etməyə çalışacağıq. Həmçinin, nefti xarici bazardan beynəlxalq qiymətlərə alıb onu emal edib ixraca yönəldə bilərik".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh