Qəza törədib hadisə yerini tərk edən avtobus sürücü cəzalandı - VİDEO

Yazarlar 13 Oktyabr 2017 23:25 Oxunub 2399
Qəza törədib hadisə yerini tərk edən avtobus sürücü cəzalandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP rəhbərliyi zərər çəkən sürücünün müraciətinə dərhal reaksiya verib

Sentyabrın 3-də Bakının Moskva prospektində (Şamaxinka adlanan yerdə) Avtosfer.az-ın əməkdaşı idarə etdiyi avtomobillə sol zolaqda hərəkət edən zaman sağ zolaqdan sol zolağa düzgün yerdəyişmə etməyən 10-TH-015 qeydiyyat nişanlı marşrut avtobusu ilə toqquşması barədə və bu yol nəqliyyat hadisəsinə yol polislərinin biganə yanaşması ilə bağlı Avtosfer.az-da məlumat yayılmışdı. Həmin məsələyə Bakı Şəhər DYP idarəsindən dərhal reaksiya verilərək bildirildi ki, yol nəqliyyat hadisəsi baş verən zaman həmin ərazidə xidmət aparan 99-YP-352 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı polis baş leytenantı R.Rüstəmli avtobus sürücüsünün hadisə yerini tərk etdiyinə görə raportla rəhbərliyə məruzə edib. Raport əsasında qəza törədən 10-TH-015 qeydiyyat nişanlı avtobus sürücüsü Vahabov Adil Kamiyan oğlu hadisə yerini tərk etdiyinə görə DYP idarəsi tərəfindən İXM-nin 327.6-cı maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib.

Məsələyə dərhal reaksiya verdiyinə görə Bakı Şəhər DYP idarəsinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

 

Avtosfer.az

 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh