Samirə “Maşın şou”nu ifşa etdi: “Üstümə hücum çəkdilər”- Video

Yarışma 13 Oktyabr 2017 11:30 Oxunub 2665
Samirə “Maşın şou”nu ifşa etdi: “Üstümə hücum çəkdilər”- Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maşın şou”nu tərk edən meyxanaçı-müğənni Samirə Yusifqızı xanım iştirakçıların badına getdiyini deyib.

Yenicag.az-a açıqlama verən “Toylar kraliçası” yarışmasının qalibi peşmançılığını dilə gətirib: “Mən gərək ordakı xanımların sözünə baxmayaydım. Çünki mən Vüqar Əbdülovu çıxartmaq fikrində deyildim. Sonradan bunu açıqlayanda onlar mənə az qala hücum çəkdilər. Məcburiyyət qarşısında Vüqarın adını çəkməkdə davam etdim. Əks halda, qızlar birləşib başımı “yeyəcəkdilər”. Belə deyim də, qurdlar birləşib, qoyunu yedilər. Amma hələ bilmək olmaz onların başına nə gələcək. Efir görünən tərəfdir, Allah bilir hələ görünməyən tərəfdə nələr olacaq. Orda saçyoldu nədir e, qırğınlar düşəcək. Hələ qoy sona çatsınlar. İki nəfər axırda bir-birini parçalayacaq. Məncə, İlqar Mikayıloğlu sona qalacaq, çünki onun fiziki gücü çoxdur, müharibə görmüş adamdır”.

S.Yusifqızı onu da deyib ki, şouya qatılanların coxu maskalanıb: “Vüsalə Əlizadədən başqa hamısı maskalanıb. Kişilərdən isə Elşad Xose və Rauf nisbətən maskasızdır”.

Meyxanaçı “şouda səslər aparıcı Murad Dadaşov tərəfindən tənzimlənir” fikrinə də münasibət bildirib: “Bu sözlər qəfildən ağzımdan çıxdı, çox peşmanam. Gərək belə deməyəydim”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh