Bakıda ölüm saçan piyada: 110-luq yola çıxdı – VİDEO

Xəbərlər 13 Oktyabr 2017 12:02 Oxunub 2128
Bakıda ölüm saçan piyada: 110-luq yola çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər bu gün çəkilib

Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələrinə həyəcanlı anlar yaşadıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsuliyyətsiz vətəndaş avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib. Görüntülərdə yüksək sürətlə hərəkət edən avtomaşının yoldan çıxdığı öz əksini tapıb. Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib. Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar. Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib. Həmin yolda sürət həddi 110 km/saat-dır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh