Bakıda yol qəzasına baxan sürücü özü qəza törətdi, yaralı var - VİDEO

Avtoxəbər 13 Oktyabr 2017 12:00 Oxunub 1696
Bakıda yol qəzasına baxan sürücü özü qəza törətdi, yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Nərimanov rayonunda baş verib

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 90-XH-956 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan 90-ZL-722 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb. Nəticədə "Volkswagen"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh